...

Azərbaycanın strateji valyuta ehtiyatları 2008-ci ilin sonunadək dövlət borclarını 6,2 dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir N.İsmayılova / Azərbaycan Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan və Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçən iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, 2008-ci ilin sonunadək Azərbaycanın strateji valyuta ehtiyatları dövlət borclarını 6,2 dəfə üstələyib.

"Ölkənin strateji valyuta ehtiyatları beş il ərzində 11 dəfə artıb və 18 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin sonunda 2,9 mlrd. dollra çatan dövlət borclarını 6,2 dəfə üstələyib", - deyə nazir bildirib.

2008-ci ildə Azərbaycan beynəlxalq maliyyə institutları ilə nəqliyyat, energetika, su təchizatı, kənd təsərrüfatı, ekologiya, sosial təminat sahələri üzrə 1,3 mlrd. dollar dəyərində səkkiz layihə imzalayıb.

Yanvarın 17-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti