...

Azərbaycanın MBASK sığorta şirkəti 2008 - ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2009 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / 

Azərbaycanın iri sığorta şirkətlərindən biri olan MBASK-ın 2008 - ci il ərzində yığdığı sığorta haqlarının həcmi 18, 55 mln. manata çatıb və ötən ilin analoji göstəricisini  23 faiz və ya 3,55 mln. manat ötüb. Bu barədə şirkətin çərşənbə günün yayılan məlumatında bildrilir.

Daha çox sığorta haqqı ənənəvi olaraq avtomobil nəqliyyatı vasitələrinin sığortasından toplanıb. Bu, keçən il ilə müqayisədə 28 % və ya 2 650 716 manat çoxdur.

Şirkətin məlumatına görə, bazarın təhlili göstərir ki, MBASK sığorta bazarının bu seqmenti üzrə şəksiz liderliyini qoruyub saxlayır.

Bədbəxt hadisələr üzrə sığorta haqları 374 faizlik artımla 2,22 mln. manat  təşkil edib. Əmlakın yanğından sığortası üzrə haqlar 1,37 mln.manat təşkil edib. Artım tibbi sığortada da müşahidə olunur - 1,14 mln. manat. Bu seqment üzrə haqların həcmi 2007-ci illə müqayisədə 29 % artıb.

Press - relizdə bildirilir ki, şirkət mütəxəssislərinin qeyd etdiyinə görə, sığorta haqlarının həcmi MBASK-ın universal şirkət kimi inkişaf strategiyasının yerinə yetirilməsi sayəsində həyata keçirilib.

2008 - ci il ərzində şirkətin sığorta ödəmələri 2007- ci illə müqayisədə 79 % artıb və 5,96 manat təşkil edib.

2008 - ci ildə şirkətin ən böyük ödənişi avtomobil sığortası üzrə həyata keçirilib və 82 min manat təşkil edib.

Ənənəvi olaraq, ödənişlərin əksəriyyəti avtomobil sığortası üzrə edilib - 4,37 mln. manat.  İkinci yerdə bədbəxt hadisələrdən sığortalar gəlir - bir mln.-dan artıq. Sığortanın icbari növü üzrə ödəmələr 135 min manata barəbar olub.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK SŞ 29 növ sığorta xidməti göstərir ki, onlardan 4-ü icbaridir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manatdır. 2005-ci ilin yanvarından MBASK-ın səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

Yanvarın 21-nə olan rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:   [email protected]

Xəbər lenti

Xəbər lenti