...

Unicapital şirkəti Azərbaycanda broker xidmətləri üzrə lider olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend /

2008 - il dekabr ayının yekunlarına görə, Unicapital Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda broker xidmətlərinin göstərilməsi üzrə lider olub, - UniBank- ın cümə axşamı yayılmış məlumatında deyilir. Ötən ilin son ayı ərzində Unicapital şırkətinin 6 müştəriyə göstərdiyi broker xidmətlərinin ümumi məbləği 83 mln. manatdan artıq olub.

Unicapital şirkəti dekabr ərzində ümumi məbləği 107 mln. manatdan artıq olan diler əməliyyatları həyata keçirərək, diler xidmətlərinin göstərilməsi üzrə liderlər üçlüyünə daxil olub.

Unicapital şirkəti 2007 - ci ilin sonunda, Unibank Kommersiya Bankının yüz faizlik təsisçiliyi ilə yaradılıb. Broker və diler fəaliyyətinin həyata keçirilməsi, habelə qiymətli kağızların idarə edilməsi üçün lisenziyalar alaraq, şirkət 2008 - ci il yanvarın axırından Azərbaycanın qiymətli kağızlar bazarının peşəkar iştirakçıları sırasına daxil olub.

Ötən il ərzində ərzində 30 - dan artıq hüquqi şəxs şirkətin müştərisi olub, onlara 678 mln. manatdan artıq məbləğə broker xidmətləri göstərilib. Broker əməliyyatlarının ümumi həcmindən Unicapital Azərbaycanın Milli Bankının notlarının alqı - satqısı üzrə 266 mln. manatdan yuxarı, dövlət qısamüddətli istiqrazlar bazarında ticarət əməliyyatları üzrə - 92 mln. manatlıq, repo və əks - repo əməliyyatları üzrə - 302 mln. manatlıq əməliyyat həyata keçirib.

Şirkət müştərilərinə korporativ qiymətli kağızların - səhmlərin və istiqrazların alqı -satqısı üzrə də xidmət göstərir və mülkiyyət hüquqlarının lazımi qaydada qeydiyyatını təmin edib. Şirkətin əməkdaşları həm Bakı Fond Birjasının ticarət meydançasında əqdləri bağlayır, həm də Birjadankənar dövriyyədə iştirak ediblər.

"Son altı ayın yekunlarına görə, dövlət qiymətli kağızlar bazarının ümumi həcminin Unicapital - a düşən orta bazar payı 18 faizə yaxın olub, - məlumatda deyilir. - Əminliklə demək olar ki, ilin əvvəlində qarşımıza qoyduğumuz bütün strateji vəzifələr yerinə yetirilib. 2009 - cu ildə bizi, yerli qiymətli kağızlar bazarının inkişafı və müştərilərə xidmət göstərilməsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş daha maraqlı iş gözləyir".

2008 - ci ilin fevralda Unicapital şirkəti təsisçisinin - Unibank KB-nin - Bakı Fond Birjasının (BFB) Nizamnamə kapitalındakı payını satın alaraq? 5,56 faizlik iştirak payı ilə BFB -nin tam hüquqlu səhmdarı olub.

Yanvarın 22 - nə olan cari mübadliə məzənnəsi -- 0,8044 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti