...

Azərbaycanda təqaüdçülərin 90 faizindən çoxu təqaüdü plastik kartlarla alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Y.İsmaylova/ "Azərbaycanda milyondan çox təqaüdçü (93 faiz) təqaüdü plastik kartlarla alır. Oktyabrda bu rəqəm 960 min nəfər (87 faiz) təşkil edirdi", - bazar ertəsi Azərbaycanın Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

"Ölkənin şəhərlərində yaşayan bütün təqaüdçülər təqaüdlərini plastik kartlarla alır. Kənd yerlərində isə bu rəqəm 84 faiz təşkil edir", - fonddan xəbər verilib.

Plastik kartlarla təqaüd alan pensiyaçılər üçün bütün Azərbaycan ərazisində 417 bankomat quraşdırılıb. Daha 51 əlavə bankomat isə kənd və qəsəbələrdə quraşdırılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2009-cu il yanvarın 1-nə təqaüdçülərin sayı 1,27 milyon nəfər təşkil edir. Ölkədə orta aylıq təqaüdün həcmi 96 manatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti