...

Trend Capital-ın "BVF maliyyə böhranının iqtisadiyyata təsirini dəyərləndirmək üçün Azərbaycana missiya göndərəcək" məqaləsi ilə bağlı BVF-in izahatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 13:30 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 yanvar / Trend /

Yanvarın 27-də Trend tərəfindən, içərisində BVF-in Azərbaycandakı daimi nümayəndəsi tərəfindən jurnalistlərə verilmiş məlumatı qeyri-dəqiq ifadə edən "BVF iqtisadi böhranın təsirini qiymətləndirmək üçün Azərbaycana missiya göndərəcək" adlı məqalə dərc edilib.

Bu müraciətimizlə biz izah etmək istərdik ki, BVF-nin missiyası təxminən 2009-cu ilin ortalarında həyata keçiriləcək. Bu missiyanın əsas məqsədi Azərbaycanda "BVF-in yaradılması haqda" müqavilənin IV maddəsi üzrə müntəzəm illik məsləhətləşmələr aparmaq olacaq.

BVF iqtisadçıları məlumat toplamaq və hökumət, habelə Mərkəzi Bankın rəsmiləri ilə fikir mübadiləsi aparmaq üçün müntəzəm olaraq - adətən ildə bir dəfə üzv ölkələrə səfər edirlər.

Təbii ki, davam etməkdə olan maliyyə böhranı baxımından missiya onun Azərbaycan iqtisadiyyatına təsirini də qiymətləndirəcək. Eyni zamanda, məqalədə irəli sürüldüyu kimi "genişləndirilmiş nümayəndə heyəti" yaratmaq kimi niyyət yoxdur.

BVF heyətinin Azərbaycan iqtisadiyyatını son dəyərləndirmələri aşağıdakı ünvanlarda yerləşdirilib və oradan əldə edilə bilər:

http://www.imf.org/external/np/ms/2008/121608b.htm

http://www.imf.org/external/np/ms/2008/rus/121608br.pdf

Koba Qvenetadze

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi

Xəbər lenti

Xəbər lenti