...

Biz istifadə edilmiş suya görə ödənişlərin həcmini artıra bilmirik, bu da borcların yaranmasına gətirib çıxarır – Azərsu Sc rəhbərliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2009 16:40 (UTC +04:00)

Аzərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.Babayeva/ Azərsu SC istifadə edilmiş suya görə ödənişlərin həcmini artıra bilmir ki, bu da enerjipaylayıcı şəbəkələrə qarşı borcların yaranmasına gətirib çıxarır, - bu sözləri cümə günü Azərsu SC-nin rəhbəri Nizaməddin Rzayev "Sumqayıtelektrikşəbəkə"-nin (Sumqayıtda elektrik enerjisin paylaşdırılması) borcların ödənilməyəcəyi tədqirdə SC-nin su nasoslarının enerji təminatının dayandırılması barədə rəsmi müraciətini şərh edərkən deyib. Bu nasoslar Sumqayıtın 70%-ni və Bakının Binəqədi  rayonunu su ilə təchiz edir.

"Biz əhalidən yığılan ödənişlərin miqdarını artıra bilmirik, yığımın səviyyəsi cəmi 40-45% təşkil edir", - deyə Rzayev bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında su istehlakçılarının 80%-i məhz əhalinin payına düşür.

"Biz əlimizdən gələni edirik ki, bu problemi həll edək və mənbələrin müəyyən hissəsinin ödənilməsi barədə razılığa gələk", - SC-nin rəhbəri bildirib.

Yanvar ayında Azərsu SC "Sumqayıtelektrikşəbəkə"yə 515 min manat ödəyib, 2008-ci ilin həmin ayında isə bu rəqəm 134 min manat təşkil edib.

Azərsunun "Sumqayıtelektrikşəbəkə"yə olan borcu 45,1 milyon manatdır, baxmayaraq ki, paylayıcı şəbəkənin məlumatlarına görə, bu rəqəm 47 milyon manat təşkil edir, - deyə Rzayev bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti