...

Türkmənistan dünya maliyyə böhranı şəraitində yerli istehsalçılara güvənəcək - prezident

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 11:42 (UTC +04:00)
Türkmənistan dünya maliyyə böhranı şəraitində yerli istehsalçılara güvənəcək - prezident

Türkmənistan, Aşqabad, 03 mart / Trend , müxbir Q.Həsənov /

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin iclasında bildirib ki, dünya böhranını nəzərə alaraq hazırkı mərhələdə "daxili bazarı keyfiyyətli yerli istehsal malları ilə təmin etmək vacibdir". Bu barədə rəsmi Türkmənistan mənbəsi bildirib.

Berdiməhəmmədovun fikrincə, görülən preventiv tədbirlər sayəsində Türkmənistan böhranın təsirini hiss etməyib, lakin qiymət formalaşdırmaq siyasətinə nəzarət etmək lazımdır.

"Bunun üçün ölkədə hər bir imkan var, nəticədə biz sağlam rəqabət qazanacağıq ki, bu da qiymətlərə müsbət təsir göstərəcək", - deyə o bildirib və əlavə edib ki, dövlət "milli iqtisadiyyatın qeyri-dövlət sektorunu inkişaf etdirmək üçün səylərini artıracaq".

Berdiməhəmmədov cari ilin 17-18 mart tarixlərində yerli istehsalçıların iştirakı ilə "ən yüksək təşkilati səviyyədə" biznes-forumun keçirilməsi tapşırığı verib. Forumun və sərginin təşkilatçısı Ticarət-Sənaye Palatasının iştirakı ilə Türkmənistan Sənaye və Sahibkarlar İttifaqıdır. Analoji tədbirlər ilk dəfə olaraq bir il bundan öncə sahibkarlığa dəstək qanununu imzalayan və SSİ-ni yaradan ölkə prezidentinin təşəbbsü ilə həyata keçirilməyə başlanıb.

Ötən il bazar münasibətlərinə tədricən keçid barədə bəyan edən Türkmənistan hakimiyyəti göstərir ki, "özəl sektor hesabına əhalinin əsas məşğulluğu və vətəndaşların gəlirlərinin artımı təmin edilir".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti