...

"Standard Capital" Azərbaycanın brokerlər xidməti bazarında liderliyi qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend /

BFB-nin analitik şöbəsinin hesablamalarına əsasən, dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Standard Capital" başçılıq edir. Şirkət 3 müştəriyə ümumi dəyəri 52 057 911,96 AZN olan broker xidmətləri göstərmişdir.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 50 540 882,28 AZN olan broker xidmətləri göstərmiş "UniCapital" tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 1 517 029,68 AZN azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 49 429 463,03 AZN-lə "Yapi Kredi Invest" qərarlaşıb.

Yanvar ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə aşağı düşüb. Belə ki, yanvar ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 80 082 869,10 AZN təşkil etmişdir. Bu ilin fevral ayında dövlət qiymətli kağızlar sektorunda xidmət göstərmiş brokerlərin sayı 8-dən 9-a qalxmışdır.

2009-cu il fevral ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yeri**

Xidmətlərin həcminə görə yeri *

Brokerlər

Müştərilərin sayı **

Müştərilərin sayı *

Əməliyyatların həcmi (AZN)

2

1 (▲)

"Standard Capital" MMC

5

3

52 057 911,96

1

2 (▼)

"UniCapital" ASC

5

1

50 540 882,28

-

3 (-)

"Yapi Kredi İnvest" MMC

-

3

49 429 463,04

4

4 (-)

"Brokdil-Az" MMC

2

1

35 138 135,76

5

5 (-)

"BoB Broker" MMC

1

1

13 650 614,02

3

6 (▼)

"Respublika Invest" MMC

7

7

12 820 838,68

6

7 (▼)

"Azərintertreyd" MMC

4

3

10 119 519,08

7

8 (▼)

"Tekhnica Capital Menejment" MMC

3

3

6 247 239,92

8

9 (▼)

"Capital Partners" MMC

1

1

1 998 991,72

**  - Yanvar, 2008   

* - Fevral, 2009

Martın 6-a olan rəsmi məzənnə 0,805 AZN/USD təşkil edir.

Məaqlə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti