...

Həftə ərzində Azərbaycan valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2009 11:27 (UTC +04:00)
Həftə ərzində Azərbaycan valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0004 bənd ucuzlaşıb (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80516 manat səviyyəsində müəyyən olunub. 

Manata münasibətdə dolların maksimum məzənnəsi martın 2-də 1 ABŞ dolları üçün 0,8054 manat, minimum isə 5-6 mart tarixlərində 1 ABŞ dollarına 0,805 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

23 fevral

0,8052

2 mart

0,8054

24 fevral

0,8053

3 mart

0,8051

25 fevral

0,8048

4 mart

0,8053

26 fevral

0,8052

5 mart

0,8050

27 fevral                                                   

0,8052 

6 mart                                                     

0,8050 

Həftə ərzində orta  

0,80514

Həftə ərzində

orta

0,80516

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80512 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 2-də 0,8052 AZN/USD məzənnəsi ilə $0,1 mln., martın 3-də 0,8051 AZN/USD məzənnəsi ilə $35,282 mln., martın 4-də 0,8053 AZN/USD məzənnəsi ilə $9,592 mln., martın 5-də 0,8050 AZN/USD məzənnəsi ilə $14,6 mln. və martın 6-da 0,8050 AZN/USD məzənnəsi ilə $14,987 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

23 fevral

0,8052

2 mart

0,8052

24 fevral

0,8053

3 mart

0,8051

25 fevral

0,8048

4 mart

0,8053

26 fevral

0,8048

5 mart

0,8050

27 fevral                                                     

0,8052

6 mart                                                       

0,8050

Həftə ərzində orta  

0,80498

Həftə ərzində orta

0,80512

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti son ildə ən yüksək səviyyədə 25-26 manat səviyyəsində çox davam gətirməyib. Üç həftə öncə qiymətlərin kəskin artmasından sonra (67 faiz) vauçerlərin qiymətləri yenidən düşməyə başlayıb. Bütün həftə ərzində onlar sabit qalıb və 16 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti