...

ABŞ-ın "Honeywell" şirkəti Türkmənistanla tərəfdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 18:41 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 mart / Trend , müxbir H.Həsənov /

Elektron idarə sistemlərinin istehsalı üzrə dünyada lider olan ABŞ-ın "Honeywel" International Inc. şirkəti Türkmənistanla səmərəli tərəfdaşlığa hazır olduğunu bildirib, - bu barədə çərşənbə axşamı yerli KİV məlumat verib.

"Honeywell" International Inc. şirkətinin rəhbəri Deyv Kouti bu məqsədlə şirkətin bütün mümkün imkanlarından olunacağını qeyd edərək Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədovu inandırıb.

"Honeywell" kosmosun tədqiqi, təyyarə istehsalı sahələrində yeni texnologiyaların hazırlanması və tətbiqi, yeni materialların yaradılması, həmçinin elektrik stansiyasının idarə edilməsi sisteminin müasirləşdirilməsi sahələrində iş aparır.

"Türkmən dövlət xəbərləri"-nin bildirdiyi kimi tərəflər yanacaq-energetika sektorunda tərəfdaşlıq məsələlərini, həmçinin müxtəlif sahələrdə, xüsusilə də yüksək texnologiya sahələrində mütəxəssis hazırlanması ilə bağlı qarşılıqlı aspektləri müzakirə ediblər. Berdimuhəmmədovun sözlərinə əsasən, bütün təkliflərə diqqətlə baxılacaq.

Türkmənistan başçısı xatırladıb ki, köklü şəkildə müasirləşmə mərhələsini yaşayan Türkmənistan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə əhəmiyyət verir, beynəlxalq təcrübənin cəlb olunması və yeni texnologiyaların tətbiqinə böyük diqqət ayırır.

"Birləşmiş Ştatların fəaliyyət dairəsi perspektivli Türkmənistan bazarında iştiraka çox maraqlıdır, bunu Aşqabada olan səfər də sübut edir", - Kouti deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti