...

Azərbaycan ECO Baş katibinin seçimi zamanı öz yerini Əfqanıstana verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir D.Xatınoğlu /

Azərbaycan və Əfqanıstan ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı) Baş katibliyi seçimi zamanı üzv ölkələrin ən çox xalını toplayan dövlətlər olub və Azərbaycan öz yerini Əfqanıstana verib.

"Əfqanıstanın İrandakı səfiri Yəhya Marufi təşkilatın Baş katibi olub. Qərar çərşənbə günü, ECO-nun İranın paytaxtı Tehranda keçən sammitində qəbul edilib", - İran dövlət Televiziyası (IRIB) məlumat verib. 

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədi ilə yaradılıb.

Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Sammitdə Azərbaycan, Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan və İraq ölkələrinin dövlət başçıları, Suriyanın vitse-prezidenti və Qətərin əmiri iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti