...

Azərbaycan sığorta şirkətləri xarici təkrar sığortaçılar seçərkən diqqətli olmalıdırlar - Dövlət Sığorta Nəzarəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2009 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov hesab edir ki, böhrana qarşı tədbirlər çərçivəsində Azərbyacanın sığorta şirkətləri xarici təkrar sığortaçılar seçərkən diqqətli olmalıdırlar.

"Şirkətlər özünü mümkün problemlərdən sığortalamaq məqsədi ilə təkrar sığortaçıların fəaliyyəti haqqında daha çox məlumat toplamalıdırlar", - deyə Xəlilov bildirib.

Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin təkrar sığortaçılar haqqında kifayət qədər məlumat toplaması istiqamətində heç bir problem olmayacaq, belə ki, bu məlumatları dünya bazarlarında baş verən hadisələri diqqətlə izləyən KİV-də asanlıqla əldə etmək olar.

"Düşünürəm ki, bu problemlərin yarandığı təqdirdə mövcud və ya yeni səhmdarlar tərəfindən kapitalın qoyuluşu sığorta şirkətləri üçün çıxış yolu ola bilər", - Xəlilov bildirib.

Azərbaycanda 28 sığorta şirkəti və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Bəyənilmiş xarici təkrar sığortaçılar siyahısına isə 6 şirkət daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti