...

Qazaxıstanda ən yüksək əmək haqqını maliyyə işçiləri alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 11:13 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend , müxbir K.Arınova /

2009-cu ilin yanvar ayında bir işçinin orta aylıq nominal əmək haqqı 61378 tengə təşkil edib və ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 12,7% artıb, real artım isə - 3,7% olub. Bu barədə Trend -in xüsusi müxbirinə Statistika Agentliyinin mətbuat katibi Janel Satabayeva bildirib.

"Ən yüksək əmək haqqı maliyyə fəaliyyəti ilə məşğul olan işçilərdədir - 130,8 min tengə (orta respublika göstəricisini 2,1 dəfə üstələyir), dağ-mədən işçilərində - 106,8 min tengə (1,7 dəfə), daşınmaz əməliyyatların həyata keçirilməsi sahəsində - 94,4 min tengə (1,5 dəfə), həmçinin nəqliyyat və rabitə sahəsində çalışan işçilərdədir - 79,5 min tengə (1,3 dəfə)", - deyə Satabayeva vurğulayıb.

Onun verdiyi məlumata görə, ən az əmək haqqı kənd təsərrüfatı və balıqçılıqla məşğul olan işçilərdə qalmaqdadır - 27,7 min və 24,0 min tengə. Bu rəqəmlər ölkə üzrə orta göstəricidən 55-61% azdır.

"Regionlar üzrə daha yüksək maaş Atırau vilayətinə məxsusdur - 115,1 min tengə. Bu rəqəm ölkə üzrə orta göstəricini 1,9 dəfə ötür", - deyə agentlik nümayəndəsi qeyd edib.

Onun bildirdiyinə görə, Şimali Qazaxıstan vilayətində yüksək əmək haqqı 40,5 min tengə, Jambılda - 41,3 min tengə, Akmolində 42,4 min tengə təşkil edib. Bu rəqəmlər ölkə üzrə orta göstəricidən 31-34% aşağıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti