...

Azərbaycanda istehlak qiymətlərinin baza indeksi inflyasiyanın artım tempini 1,7 faiz ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Хəlilova /

"İstehlak malları və xidmət tarifləri fevralda yanvara nisbətən 0,8 faiz azalıb. Ötən ilin ilk iki ayına nisbətən isə yanvar-fevralda qiymətlər 10,3 faiz bahalaşıb", - bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Fevralda ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq məhsulları üzrə - 0,2 faiz, xidmət tarifləri - 0,1 faiz azalıb.

2008-ci ilin yanvar-fevralı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsulları üzrə - 8,5 faiz, xidmət sahəsində tariflər - 7,5 faiz artıb.

Fevralda dövlət tərəfindən idarə edilən və mövsümi dəyişikliklərə (meyvə və tərəvəz) məruz qalan məhsul və xidmətləri çıxmaq şərtilə hesablanan qiymətlərin baza indeksi 99,1 faiz, ötən ilin yanvar-fevralına nisbətən isə 112 faiz təşkil edib.

Beləliklə, Azərbaycanda istehlak qiymətlərinin baza indeksi inflyasiyanın artım tempini 1,7 faiz ötüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti