...

"Azərdəmiryolbank"ın aktivləri artım tendensiyasını saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

"Cari ilin fevralında "Azərdəmiryolbank" ASC-nin aktivləri artmağa davam edərək martın birinə 214,2 mln. manatı üstələyib", - bankın bazar ertəsi yayılmış məlumatında deyilir.

Hesabat tarixi üçün kredit portfelinin həcmi (lizinq əməliyyatları daxil olmaqla) 162 mln. manata bərabər olub. Bankın əsas vəsaitlərinin dəyəri 13,1 mln. manat təşkil edib.

Fevral ayının nəticələrinə görə, bankın toplam öhdəlikləri 175,1 mln. manat səviyyəsində olub. Onların tərkibində 59,2 mln. manat və ya 33,8% - fiziki və hüquqi şəxslərdən cəlb olunmuş depozitlərin payına düşüb. Müddətli əmanətlərin həcmi 49 mln. manat olub.

Bankın ümumi kapitalı 39,14 mln. manata, məcmu kapital isə 38,72 mln. manata qədər yüksəlib. Ödənilmiş nizamnamə fondu 13,4 mln. manat səviyyəsində qalıb.

Azərbaycanın ilk kommersiya bankı olan "Azərdəmiryolbank" ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB), Hollandiya İnkişaf Bankı (FMO) var. Bakı və regionlar üzrə Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir.

Martın 16-na olan rəsmi məzənnə 0,8045 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti