...

Azərbaycan dünya maliyyə böhranına yaxşı hazırlıqlı şəkildə yanaşıb: Bakı Banklararası Valyuta Birjasının başçısı ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir N.İsmayılova /

Trend -ın Bakı Banklararası Valyuta Birjasının başçısı Fərhad Əmirbəyovla müsahibəsi.

- Ölkələr arasında, məsələn Türkiyə ilə milli valyutalarla ticarət əməliyyatlarının aparılması sizin fikrinizcə nə dərəcədə realdır?

- Milli valyutalarla ticarət və başqa əməliyyatlar aşağıdakı şərtlərə riayət olunacağı təqdirdə mümkündür:

- milli valyutalar sərbəst mübadilə oluna bilməlidir;

- milli maliyyə bazarları yüksək likvidlik və dərinliyə malik olmalıdır;

- ehtiyac olduqda Mərkəzi banklar valyutaların sabit nisbətini dəstəkləməli, yəni pul və valyuta birjalarında razılaşdırılmış siyasət aparmalıdır;

- biznes-cəmiyyətlər ticarət və başqa əməliyyatlar aparılan ölkə valyutasına tələb təqdim etməlidir. Bu tələb banklar tərəfindən akkumulyasiya edilməlidir;

- kommersiya və mərkəzi banklar regional ticarət hesabatlarında valyutaları iştirak edən ölkələrin bazarlarına maneəsiz çıxış əldə etməlidirlər;

- yüksək likvidli və geniş həcmli dövlət kağız bazarlarına malik olmaq lazımdır.

Beynəlxalq (regional) ticarətin xidmətində iştiraka başlayan ölkələrin valyutaları faktiki olaraq ehtiyat valyuta cizgilərinə malik olmağa başlayır. Bununla əlaqədar olaraq görünür ki, manat hələ beynəlxalq (regional) ticarətə xidmət etməyə hazır deyil.

- Ümumiyyətlə dünya maliyyə böhranı şəraitində bu məsələ nə dərəcədə aktualdır?

- Milli valyutaların gücləndirilməsinin aktuallığı, eləcə də yeni valyutaların mümkün yaranması məsələsinə gəlincə, bu elə də sadə və aşkar deyil. Bu böhran dünyada yeni maliyyə mərkəzlərinin yaranması üçün unikal şans yaradır. Bu mərkəzlərin öz valyutalarını devolvasiyadan qorumaq, emitentlərə kapitala çıxış imkanı verəcək ölkələrdə formalaşma ehtimalı yüksəkdir. Üstəlik, bu böhranın bir neçə transmilli bankları "öldürmək" ehtimalı da yüksəkdir.

Tezliklə milli valyuta əsasında yüksək likvidli və dərin bazarlar yarada biləcək və həmçinin əsas ticarət tərəfdaşlarının bazarları ilə inteqrasiyanı bacaracaq ölkələr, yəni böhransonrası dünyada şübhəsiz ki, böyük iqtisadi və siyasi üstünlüklər əldə edəcəklər.

- Tbilisidə regional maliyyə mərkəzinin yaradılması hansı mərhələdədir? Tbilisi BVB ilə əməkdaşlıq hazırda nə qədər fəaldır?

- Tbilisi BVB ilə layihəni mən hələ də aktual hesab edirəm. Ancaq hər şeydən əvvəl bizim daxili resurslarımızın konsolidasiyası lazımdır.

- Hazırki şəraitdə Azərbaycanda birja fəaliyyətinin inkişafının perspektivlərini necə dəyərləndirirsiniz?

- Ən yeni Azərbaycan tarixində bu böhran artıq üçüncüdür. 90-cı illərin əvvəllərindəki və sonlarındakı böhranlar və indiki böhran bir-birindən həm mahiyyəti, həm də nəticələri baxımından xeyli fərqlənir. Aşkar fakt odur ki, Azərbaycan bu böhrana çox yaxşı hazırlıqlı şəkildə yanaşıb. Azərbaycan Milli Bankı və milli bank sistemi zamanın çağırışlarına çox tez reaksiya verir. Yerli bazarda digər ölkələrdən cəlb edilmiş ucuz resursların yenidən satışına güvənməyin mümkünsüzlüyü və təhlükəli olması faktının qavranması vardır.

Bu və sonrakı maliyyə böhranlarının təsirinin aradan qaldırılması üçün bizim bazarın yüksək likvidli pul, valyuta və fond bazarlarına ehtiyacı var. Bu bazarların yaradılması dövlət orqanları, ilk növbədə AMB, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və maliyyə bazarının üzvlərinin iştirakı olmadan mümkün deyil. Birjalar həmişə maliyyə bazarının əsas institutlarından biri olub. Məhz birjalar pul hökumətləri (idarəedənlər) və bazar iştirakçıları arasında yer alırlar. Onların rolu yalnız hərrac və hesablamaların təşkili və aparılması deyil - onlar mütəmadi olaraq yetişmiş dəyişikliklərin katalizatoru kimi çıxış edir və xeyli innovasiya tətbiq edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti