...

Hökumət 2009-cu ilin büdcə proqnozlarına yenidən baxmaq məsələsini nəzərdən keçirmir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan hökuməti bu gün 2009-cu ilin dövlət büdcə proqnozlarına düzəlişlərin edilməsinə lüzum görmür. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

"Dünya iqtisadiyyatında davam edən böhran xarici mənşəlidir və bu gün böhranın inkişafı və problemlərin yaranması xarici amillərlə bağlıdır. Buna görə də bu gün büdcə proqnozlarının yenidən nəzərdən keçirilməsinə lüzum yoxdur, lakin biz dünya iqtisadiyyatında mənfi halların ortaya çıxmasını inkar edə bilmərik. Bu halda Azərbaycan hökuməti muvafiq addımlar atacaq, lakin bu gün bu məsələni nəzərdən keçirmirik", - deyə Şərifov bildirib. 

Dövlət büdcəsi proqnozları neftin bir barel üçün 70 dollar qiyməti üzrə formalaşdırılıb, lakin ötən ildən başlayaraq, dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb və bu gün onun qiyməti 50 dollardan aşağıdır.

"Bizim gəlirlərimiz dünya bazarlarında neft qiymətlərinin düşdüyü qədər deyil, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən neft hasilatının azaldığı qədər azalır. Bundan əlavə, bu gün ABƏŞ-dən hasilat həcminin azaldılmasının müvəqqəti xarakter daşıdığı və yaxın vaxtlarda, yəni 2009-cu il ərzində onun artırılacağı barədə müvafiq informasiya almışıq", - deyə nazir bildirib.

[İlkin proqnozlara əsasən, ABƏŞ-in neft hasilatı həcmləri 35 mln. ton səviyyəsində olub.]

Bununla belə, onun sözlərinə görə, dövlət büdcəsində müəyyən ehtiyatlar var və ilk növbədə onlar bütün dünyada olduğu kimi tələbatın azalması nəticəsində toplanıb. Və bu vəziyyət qiymətlərin düşməsinə təsir göstərib.

"Bununla əlaqədar olaraq hökumət bəzi proqramlarımızın daha aşağı xərclərlə reallaşdırıla biləcəyini güman edir. Nəticədə qənaət olunan vəsaitlər real sektora dəstək üzrə tədbirlərə yönəldiləcək", - deyə Şərifov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 11 dekabr tarixində təsdiq edilən gələn ilin dövlət büdcəsinə əsasən, gəlirlər 12,177 mlrd. manat (ÜDM-nin 27,9 faizi) səviyyəsində, xərclər 12,355 mlrd. manat (ÜDM-nin 28,3 faizi) səviyyəsində, defisit 178 mln. manat və ya ÜDM-nin 0,4 faizi səviyyəsində proqnozlaşdırılır.

Martın 20-nə olan cari məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti