...

Azərbaycan bankı Parabank əmanətin yeni növünü təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend /

Bankın məlumatında deyilir ki, Parabank əmanət və depozit növlərinin artırılması siyasətinə uyğun olaraq özünün yeni bank məhsulu olan "Ekstrim Əmanəti"ni müştərilərə təqdim etdi.

"Ekstrim Əmanəti" gənclərə öz sərbəst pul vəsaitlərini, təhsillərini başa çatdıracağı dövr ərzində səmərəli şəkildə yerləşdirməklə, iş fəaliyyətinə müəyyən kapitalla başlamaq imkanı əldə etməsi üçün təklif edilir.

Depozit üzrə əmanətlər 5 il müddətinə qəbul edilir. Əmanətin yerləşdirilməsi 500 manat və ya dollar məbləğindən az olmamaqla qəbul edilir.

Yeni depozit növü üzrə yerləşdirilən vəsaitlərə görə faizlərin alınması üçün Parabank ən çevik şərtlər təklif edir.

Müştərilər öz seçiminə görə yerləşdirdiyi depozit üzrə faizləri 3, 6 və 12 aydan bir götürə bilərlər. Müştərilərə 2 növ paket təqdim olunur. 1-ci paketdə əmanət faizləri kapitallaşır, 2-ci paketdə isə əmanət faizləri müddətlərlə müştəriyə ödənilir.

Müştərilərə faizlərin alınması üçün bank tərəfindən VİSA Elektron debet kartı verilir.

"Ekstrim Əmanəti" yerləşdirmiş fiziki şəxs yerləşdirdiyi əmanətin müddətinə uyğun bədbəxt hadisələrdən sığorta paketi ilə təmin edilir.

Depozit sahibləri banka yerləşdirilmiş vəsaitlərinin 80 faiz həcmində sərfəli şərtlərlə kredit götürə bilərlər.

5000 AZN\USD və ondan artıq məbləğdə vəsait yerləşdirən müştərilərə pulsuz VİSA kartı verilir.

Parabank 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Martın 30-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.  

Xəbər lenti

Xəbər lenti