...

Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri birinci iclas üçün Bakıya toplaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 12:41 (UTC +04:00)
Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri birinci iclas üçün Bakıya toplaşıblar

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.İsmayılov /

Bu gün Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri sahilyanı ölkələrin mövcud nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi və inkişafı zəruriliyi, regionun tranzit imkanlarından səmərəli istifadə məqsədi ilə multimodal daşınmaların geniş tətbiqi üçün əlverişli şəraitin yaradılması və əlavə yükdaşınmalarının cəlb edilməsi məsələlərini müzakirə edirlər.

Tərəflər həmçinin Qərb-Şərq və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi və inkişafı, onların səmərəliliyinin artırılması imkanlarını müzakirə edirlər.

Görüşdə Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyanın nəqliyyat nazirlikləri və idarələrinin rəhbərləri iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected] 

Xəbər lenti

Xəbər lenti