...

Azerfon Azərbaycanın GSM bazarında 20 faizlik paya malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azerfon MMC (Nar Mobile ticarət nişanlı) ölkənin GSM bazarında 20%-lik paya malikdir. Bu barədə şirkətin məlumatında bildirilir.

Operator yerli bazarda fəaliyyət göstərdiyi iki il ərzində 90% əhalinin yaşadığı ölkə ərazisinin 80%-ni əhatə edib.

Son yarım ildə şirkətin əhatə dairəsinin inkişaf templərinin göstəriciləri 40% artıb.

Ümumilikdə operator tərəfindən 71 ölkədə 123 rominq, 46 ölkədə 69 GPRS rominq sazişləri imzalanıb. Hazırda şirkətdə 630-dan çox mütəxəssis çalışır.

Şirkət bu mütəxəssislərin daha da inkişaf etdirilməsi, yeni bilik və bacarıqların əldə olunması üçün investisiya yatırımlarını davam etdirməklə yanaşı, yeni iş yerlərinin açılmasını da davam etdirməkdədir.

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80% əhatə edir. Hazırda MMC abunəçilərinin sayı 1,2 mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti