...

Azərbaycan Rusiya ilə sərhəddə köhnə körpünün təmiri və yenisinin inşasına hazırdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan Rusiya ilə sərhəd Samur çayı üzərindəki köhnə körpünün təmiri və yenisinin inşasına hazırdır", - cümə axşamı Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat qurumları başçılarının birinci iclasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

"Bu, vaxtında həlli tələb olunan məsələdir və köhnə körpülərin təmiri və yenilərinin tikintisini, nəqliyyat vasitələrinin sürətləndirilmiş buraxılışını nəzərdə tutur. Bu, beynəlxalq daşımaların artmasına kömək edəcək. Azərbaycan ən qısa zamanda bu layihələrin həyata keçirilməsinə hazırdır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Şimal-Cənub (Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi) layihəsində iştirakı yük daşımalarının həcminin artmasına, əlavə yüklərin cəlb olunmasına və dəhlizin rəqabətqabiliyyətliliyini artırmağa imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə nüvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti