...

Yeni Azərbaycan bankı yaxın illər üçün planlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbirlər N.İsmayılova, Ü.İsmayılova /

Azərbaycan bankı Azfinansbank iki filialın inşasına başlayıb. Onlardan biri bölgədə yerləşir. Bu barədə cümə axşamı bankın Müşahidəçi Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.       

"Hazırda bankın iki filialı tikilir - biri Mərdəkanda, digəri isə Qəbələ şəhərində", - deyə Məmmədxanlı bildirib.

Onun sözlərinə görə, bank ilin sonunadək daha iki filial inşa etməyi planlaşdırır. Bunlar da nəzərə alınarsa, Azfinansbank-ın filiallarının sayı beşə çatır.

"Bankın planlarına əsasən, gələn ilin sonunadək daha 15 filialın açılması nəzərdə tutulub ki, bu da onların ümumi sayını 20-yə çatdıracaq", - deyə Məmmədxanlı vurğulayıb.

Bank, həmçinin öz müştərilərinə həm standart, həm də innovasiya kimi bank xidmətləri təqdim etməyə hazırlaşır.

"Biz bank müştərilərinə İnternet-bankinq xidməti təqdim etməyə hazırlaşırıq, bu layihənin tətbiq edilməsi üzrə işlər artıq başlanıb və bu proses təqribən bir il aparacaq", - deyə Məmmədxanlı qeyd edib.

Onun sözlərinə görə, Azfinansbank bank əməliyyatlarının aparılması üçün hər bir şəraitin olduğu Mobil Bank maşını sifariş verib. Onun təyinatı isə bank fililallarının olmadığı rayon və yerlərdə bank əməliyyatlarının aparılması üçün şəraitin yaradılmasıdır.

"Biz elektron valyuta mübadiləsi, avtomatik depozit gözləri və nağd pullar qəbul edən bankomatlar tətbiq etməyi planlaşdırırıq", - deyə Məmmədxanlı bildirib.

Azərbaycan Milli Bankı ötən ilin dekabrında Azfinansbank-a bank fəaliyyəti göstərmək üçün razılıq verib. Azfinansbank 2008-ci ildə bank, lisenziyası verilən ölkənin ikinci kommersiya bankı oldu. Yeni bank 10 mln. manat nizamnamə kapitalı ilə yaradılıb.

Aprelin 2-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti