...

Azərbaycanın yeni sığorta şirkəti ötən il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir Ü.İsmayılova /

2008-ci ilin yekunu üzrə Azərbaycanın yeni sığorta şirkəti Qala Sigorta-nın aktivləri 1,077 mln. manat təşkil edib. Bu barədə şirkətin rəsmi mətbuatda nəşr olunan balans hesabatında bildirilir. Şirkətin hesabatı üzrə auditor rəyi MAK Azerbaycan LTD auditor şirkəti tərəfindən təqdim olunub.

Bu dövr ərzində şirkətin uzunmüddətli aktivləri 33,47 min manat, qısamüddətli aktivləri isə 1,077 min manat təşkil edib. Ötən il şirkətin depozit hesabı 700 min manat təşkil edib.

2008-ci ildə Qala Sigorta-nın ödənmiş nizamnamə kapitalı 1 mln. manat, xalis ziyanı 14,43 min. manat, ötən illər üzrə bölüşdürülməmiş ziyanı 14,43 min manat təşkil edib.

Şirkətin uzunmüddətli öhdəlikləri 41,47 min. manat, qısamüddətli öhdəlikləri 50,06 min manat, kapital və ümumi öhdəlikləri 1,077 mln. manata bərabər olub.

Ötən ilin yekunu üzrə şirkətin gəlirləri 106 min. manat, xərcləri 120 min. manat təşkil edib.   

Ötən il şirkət 2,58 min manat məbləğində mənfəət vergisi, 0 manat ƏDV, 5,32 min manat gəlir vergisi, 0 manat əmlak vergisi ödəyib. Şirkətin sosial sığorta və təminat ödənişləri 6,97 min manat təşkil edib.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti