...

MDB ölkələri maliyyə böhranına qarşı tədbirləri birlikdə görəcək – MDB İcraiyyə Komitəsinin birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 17:15 (UTC +04:00)
MDB ölkələri maliyyə böhranına qarşı tədbirləri birlikdə görəcək – MDB İcraiyyə Komitəsinin birinci müavini

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir N.Abdullayeva /

"MDB ölkələri dünya maliyyə böhranına qarşı tədbirləri birgə qəbul edəcək", - MDB İcraiyyə Komitəsinin birinci müavini Vladimir Qarkun deyib.

"Böhranın doğurduğu neqativ hallar Birlik dövlətləri tərəfindən addımların razılaşdırılmasını tələb edib və bunlar ötən ilin oktyabrında dövlət başçıları Şurasının, noyabrında isə hökumət başçılarının Şurasında müzakirə mövzusu olub", -  Qarkun, bu gün Birliyin XİN başçıları Şurasının qarşıdakı iclasına həsr olunmuş MDB İcraiyyə Komitəsinin rəsmi saytındakı ( Trend -un sualına cavab verərkən bildirib.

Qarkunun sözlərinə görə, dünya maliyyə böhranı çox sürətlə inkişaf edərək MDB ölkələrinin maliyyə bazarları və maliyyə-kredit institutlarına zərbə endirib və iqtisadiyyatın real sektoruna çox yaxınlaşıb. Bununla bağlı dövlət başçılarının qərarına əsasən, MDB iştirakçıları dövlətlərinin maliyyə nazirləri səviyyəsində daimi fəaliyyət göstərən müşavirə, dünya iqtisadi-maliyyə böhranının öyrənilməsi və onun arxada qoyulması ilə bağlı müvafiq təkliflərin hazırlanması üzrə işə başlayıb. "Bu yaxınlarda, martın 31-də maliyyə nazirlərinin ikinci iclası keçirilib. Orada Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov fəal iştirak edib", - Qarkun deyib.

"MDB hökumət başçıları şurası maliyyə və iqtisadi məsələlərə görə məsulliyyət daşıyan nazirlik və qurumlara böhranın neqativ nəticələrinin arxada qoyulması üzrə təkliflər hazırlamağı tapşırıb", - Qarkun bildirib.

Belə təkliflər MDB İqtisadi Şurasının gündəliyinə ötən ilin dekabrında təqdim olunub və Qarkunun sözlərinə görə, onlar böyük sistemyaradan müəssisələrə onların səhmlərinin bir hissəsinin alınması, əhalinin bank əmanətlərinin mühafizə təminatının təmin olunması, qızıl-valyuta ehtiyatlarının strukturunun dəyişdirilməsi yolu ilə dövlət dəstəyinə aiddir.

"Bundan başqa. MDB çərçivəsində daxili bazarın maksimum dərəcədə yerli istehsallı məhsullarla təminatı, bank sistemini perspektivli biznes-layihələrin sərmayələşdirilməsinə tərəf yönləndirmək, MDB iştirakçı-ölkələrinin sərhədləri xaricinə kapital ixracının qarşısının alınması proqramının hazırlanması təklif olunur", - Qarkun qeyd edib.

"Daxili bazarda tələbin təşviqinə yardım edən birgə fiskal siyasət, həmçinin il ərzində qarşılıqlı ticarət və sərmayəyə yeni məhdudlaşdırılmalardan çəkinmələr xüsusilə vacib hesab edilib", - Qarkun hesab edir. Onun fikrincə, valyuta idarə olunması sahəsində, həmçinin dövlətlərin milli valyutalarının istifadə sahəsinin gələcək genişləndirilməsinə şərait yaradılması üçün qarşılıqlı xarici iqtisadi əlaqələrə xidmət və rus rublu bazasında regional ehtiyat valyutasının yaradılması üçün zəmin yaradılması üzrə MDB dövlətlərinin razılaşdırılmış siyasətinin aparılması təklifləri xüsusi diqqət tələb edir.

"Hesab edirəm ki, MDB ölkələrinin bu və başqa bir çox təkliflərinin realizəsi böhrana qarşı uğurlu, kollektiv fəaliyyətin zəmini olacaq", - Qarkun deyib.

Onun sözlərinə görə, MDB maliyyə nazirlərinin daimi fəaliyyət göstərən iclasının bu ilin sentyabrında Moskvada növbəti, sayca üçüncü görüşünün keçirilməsi haqda razılıq əldə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti