...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 12:08 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0004 bənd ucuzlaşıb (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80302 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 10-da 1 ABŞ dolları üçün 0,8032 manat, minimum isə aprelin 6-da 1 ABŞ dollarına 0,8028 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi  

30 mart

0,8028

6 aprel

0,8028

31 mart

0,8028

7 aprel

0,8029

1 aprel

0,8029

8 aprel

0,8031

2 aprel

0,8029

9 aprel

0,8031

3 aprel                                                        

0,8028 

10 aprel                                                       

0,8032 

Həftə ərzində orta  

0,80284

Həftə ərzində

Orta  

0,80302

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80298 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 6-da sövdələşmə 0,8028 AZN/USD məzənnəsi ilə $32,23 mln., aprelin 7-də 0,8029 AZN/USD məznnə ilə $23,9 mln., aprelin 8-də - 0,8031 AZN/USD məzənnəsi ilə $2,21 mln., aprelin 9-da - 0,8030 AZN/USD məzənnəsi ilə $1,16 mln. və aprelin 10-da - 0,8032 AZN/USD məzənnəsi ilə $8,6 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

30 mart

0,8028

6 aprel

0,8028

31 mart

0,8028

7 aprel

0,8029

1 aprel

0,8029

8 aprel

0,8031

2 aprel

0,8029

9 aprel

0,8030

3 aprel                                                        

0,8028

10 aprel                                                       

0,8032

Həftə ərzində orta  

0,80284

Həftə ərzində orta  

0,80298

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti yenidən bir manat düşüb və 11-12 manat təşkil edib.

Fevralda qiymətlərin kəskin artmasından sonra (67 faiz) vauçerlərin qiymətləri əvvəlcə 15-16-ı manata, daha sonra isə 12-13 manatadək düşdü.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti