...

Bank Respublika-nın aktivləri il ərzində 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /  Trend /

Bank Respublika-nın aktivləri 2009-cu il aprelin 1-nə 386,2 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,4 faiz çoxdur. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir. Bankın kredit portfelinin həcmi isə il ərzində 33,3 faiz artaraq 248,5 mln. manata çatıb.

Müştərilərin depozitləri də hesabat dövründə 140 mln. manatı keçib. Bank Respublika-da əhalinin əmanətlərinin həcmi il ərzində 24 faiz artaraq bu il aprel 1-nə 70 mln. manat olub.

Bank Respublika-nın məcmu kapitalı il ərzində 51,9 faiz artaraq 2009-cu il aprelin1-nə 51,8 mln. manata çatıb. 2009-cu il aprelin 1-nə Bankın nizamnamə kapitalı 22,6 mln. manatdır.

Bank Respublika-nın bu ilin yanvar-mart ayları ərzində gəlirləri 17,7 mln. manat, xərcləri isə 14,9 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 2,8 mln. manat olub.

Aprelin 14-nə olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti