...

Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının Azərbaycan milli hissəsinin yeni tərkibi təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Azərbaycan milli hissəsinin yeni tərkibini təsdiqləyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Komissiyanın Azərbaycan hissəsinin sədri iqtisadi inkişaf naziri Şahin Mustafayev təyin edilib.

Komissiya üzvləri: xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Toğrul Musayev, maliyyə nazirinin müavini Azər Bayramov, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Mərkəzi Bank sədrinin müavini Avtandil Babayev, "Meliorasiya və Su Təsərrüfatı" ASC sədrinin birinci müavini Məmməd Sadiq Quliyev, "Azərsu" ASC-nin vitse-prezidenti Zaman Novruzov və Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov.

Xəbər lenti

Xəbər lenti