Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir А.Bədəlova /
"Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın qiymətləndirmə metodologiyasının hazırlanması prosesini başa vurmaq üzrədir", - çərşənbə axşamı Dövlət Xidmətinin başçısı Arif Qaraşov deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti və Dünya Bankı arasında bağlanmış kredit müqaviləsi əsasında həyata keçirilən daşınmaz əmlakın qeydiyyata alınma layihəsi çərçivəsində qiymətləndirmə metodologiyasının müəyyən olunması üçün məsləhətçi cəlb olunub.
Onun sözlərinə görə, yaxın zamanda metodologiya hökumətin müzakirəsinə veriləcək.
Qaraşovun bildirib ki, mülkiyyətin növündən asılı olmayaraq. Azərbaycan ərazisindəki daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi layihənin ən vacib elementlərindən biridir.
Bu gün layihə çərçivəsində DƏDRX-ın hüquqi mərkəzinin açılışı keçirilib. Hüquqi mərkəzin əsas fəaliyyət istiqamətləri daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı sahəsindəki qanunvericilik üzrə tədris seminarlarının keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, bu sahədə yeni hüquqi mexanizmlərin yaradılması, həmçinin daşınmaz əmlakın qeydiyyatı sahəsində xarici dövlətlərin təcrübəsinin tətbiqidir.
Daşınmaz əmlakın qeydiyyatı layihəsi dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə olunması və reyestri; baza xəritəçilik və torpaq kadastrı; treninqlər, layihənin siyasətinin formalaşdırılması və idarə edilməsi. Layihə özündə DƏDRX-in 21 ofisini ehtiva edir və Dövlət əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 60 ofisini əhatə edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]