...

Azərbaycanda sığorta şirkətlərinin kapitallaşdırılmasına qoyulan yüksək tələblər onların satış sayının artmasına səbəb ola bilər – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2009 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir İ.Xəlilova /

Hazırkı dünya böhranı şəraitində Azərbaycan sığortaçıları üzərinə qoyulan kapitallaşmaya dair tələblərin artırılması sığorta şirkətləri satışı sayının artmasına gətirib çıxara bilər. Çünki hazırkı səhmdarlar lazımi tələbləri yerinə yetirmək iqtidarında olmaya bilərlər. Bu barədə ROSNO təkrar sığorta şirkətinin departament direktorunun müavini Mixail Mumin hesab edir.

"Bu, sığortaçıların özləri üçün kifayət qədər ehtiyatlı məsələdir. Bakıda keçirdiyim görüşlərdə mən nizamnamə kapitalı, həmçinin maliyyə göstəricilərinə görə qoyulan kifayət qədər ciddi tələblər eşitdim. Onlar hesab edirlər ki, kifayət qədər yüksək planka qoyulub", - deyə Mumin bildirib.

Azərbaycan Maliyyə Nazirliyi ötən il sığorta və təkrar sığorta şirkətlərinin kapitalına yeni minimal tələblər qoyub. Bu tələblərə əsasən, 2012-ci ilədək nizamnamə kapitalları müvafiq olaraq 5 mln. manat və 10 mln. manat təşkil etməlidir.

Maliyyə Nazirliyi kollegiyasının qərarına əsasən, 2008-ci il 1 avqust tarixindən başlayaraq 2009-cu il 1 yanvar tarixinədək fəaliyyət göstərən sığorta şirkəti üçün nizamnamə kapitalının minimal məbləği 0,8 mln. manata, təkrar sığorta şirkətinin kapitalı isə 1,6 mln. manata çatdırılmalıdır.

Bundan sonrakı artımlar da illik fasilə ilə mərhələli şəkildə bu formada aparılacaq:

Kapitalın minimal həcminin tələb olunan səviyyəyə çatdırılma vaxtı

Sığortaçılar üçün minimal kapital məbləği

Təkrar sığortaçlar üçün minimal kapital məbləği

2009-cu il 1 yanvar

1 mln. manat

2 mln. manat

2010-cu il 1 yanvar

2 mln. manat

4 mln. manat

2011-ci il  1 yanvar

3,5 mln. manat

7 mln. manat

2012-ci il  1 yanvar

5 mln. manat

10 mln. manat

Maliyyə Nazirliyi sığorta bazarında yeni təsis edilən şirkətlər üçün də yeni tələblər tətbiq edib. 2008-ci il 1 avqust tarixindən sonra yaradılan sığorta şirkətlərinin kapitalı minimum 5 mln. manat, təkrar sığorta şirkətinin kapitalı isə 10 mln. manat təşkil etməlidir.

Şirkətlərin kapitallaşması üzrə yeni cədvəlin tətbiq edilməsində əsas məqsəd sığortaçıların və təkrar sığortaçıların maliyyə stabilliyinin və ödəmə qabiliyyətliliyinin təmin edilməsi, sığortaçıların maraqlarının müdafiəsindən ibarətdir. Buna sığorta bazarında haqların artması, həmçinin sığorta və təkrar sığortaçıların öhdəlikləri ilə bağlı risklərin artması səbəbindən lüzum yaranıb.

"Sığorta fəaliyyəti haqqında" yeni Qanuna əsasən, sığorta şirkətlərinin nizamnamə kapitallarına minimal tələblərin müəyyən edilməsi üzrə səlahiyyətlər Nazirlər Kabinetindən Maliyyə Nazirliyinə keçib.

Sığorta şirkətlərinin nizamnamə kapitallarının əvvəlki artım proqramlarına əsasən, 2010-cu ilədək 1 mln. manata çatdırılmalıdır, halbuki bu tələblər bankların 2007-ci il 1 iyul tarixinə 10 mln. təşkil edən məcmu kapitallarına qoyulur.

Bu gün Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Aprelin 28-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Allianz SE iri beynəlxalq maliyyə-sığorta holdinqinin tərkibinə daxil olan Rusiyanın ROSNO şirkəti 1991-ci ildə yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti