...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi iqtisadi inkişaf üçün antiböhran tədbirləri hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend  /

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə birinci rüb üzrə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında qaldırdığı məsələləri vaxtında və sistemli təmin etməkdən ötrü tədbirlər planının hazırlanmasını qərara alıb. Bu qərar nazirliyin iclasında qəbul edilib.

"Dövlət başçısı tərəfindən digər dövlət qurumları ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyi qarşısında da özəl sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, qarşıdakı illərdə güzəştli kreditlərin həcminin artırılması, inflyasiyanın qarşısının alınması tədbirlərinin davam etdirilməsi, dünyadakı iqtisadi böhran şəraitində müəssisə və şirkətlərin dəstəklənməsi və s. kimi mühüm vəzifələr qoyulub", - nazir deyib.

Bu məsələlərin reallaşması ölkənin sosial-tqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq.

Müşavirədə həmçinin, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin gedişatı müzakirə edilib və bu tədbirlərin icrasının sürətləndirilməsi üçün konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti