...

Garadagh Cement ASC məhsulunun qiymətini bir daha aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend /

Azərbaycanın ən iri sement istehsalçısı olan Garadagh Cement ASC dünya maliyyə böhranı şəraitində tikinti sənayesinə dəstək məqsədilə mayın 1-dən etibarən birbaşa müştərilər üçün sementin qiymətinin aşağı salınması bərədə elan edib.

"Ekspert" sementi (qalaq) - 104 AZN/ton (ƏDV xaric)

"Spesial" sementi (qalaq) - 100 AZN/ton (ƏDV xaric)

"Spesial" sementi (kisə) - 121 AZN/ton (ƏDV xaric)

"Optimal" sementi (kisə) - 115 AZN/ton (ƏDV xaric)

Həmçinin distribyutorlar üçün sementin qiymətləri bir daha aşağı salınıb ki, bu da pərakəndə satış bazarında qiymətlərin aşağı düşməsi ilə nəticələnəcək.

ASC müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq və onları saxta sementdən qorumaq üçün 2009-cu il aprelin 1-dən etibarən yeni 40 kq-lıq qablaşdırmaya keçib və qiymətlərdə endirim edib. Qiymət endirimləri nəticəsində Bakı-Abşeron regionu üzrə pərakəndə satış bazarı üçün distribyutorların tövsiyə-satış qiymətləri aşağıdakı kimidir:

"Optimal"sementi - 5.7 AZN/kisə (ƏDV daxil)

"Spesial" sementi - 6.5 AZN/kisə (ƏDV daxil)

Xəbər lenti

Xəbər lenti