...

Bank of Azerbaijan MAY aksiyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend /

"Bank of Azerbaijan MAY - Manat Al və Yerləşdir aksiyasına başlayır. Aksiya bu ayın sonunadək davam edəcək", - bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Aksiyanın mahiyyəti ondan ibarətdir ki, bank dollarları manata ölkədə ən yüksək məzənnə ilə dəyişir. Satışın yüksək həddi yoxdur, yəni müştəri Banka istədiyi miqdarda dollar sata bilər.

Bank yalnız dollarları almır, həm də qoyulmuş manatların çoxalmasını təmin edir. Dollarları manata dəyişərək, müştəri onları bankdakı hesabında altı aydan az olmamaq şərtilə saxlayır. 6 aydan sonra isə faiz artımına görə məbləğ illik olaraq 15% artacaq. Müştəri öz vəsaitini bir il müddətinə bankda yerləşdirirsə, bu halda faiz dərəcəsi müvafiq olaraq 17%, 2 ilə - 18%, 3 ilə isə - 19% təşkil edəcək. Üstəlik, Bank of Azerbaijan bu faizləri hər ay ödəyir.

Xəbər lenti

Xəbər lenti