Azərbaycan, Bakı, 12 may / Trend /
"Unibank" ASC əhaliyə təklif olunan depozit məhsullarını təkmilləşdirərək vətəndaşların əmanətləri üzrə faiz dərəcələrini bazarın konyukturasına müvafiq olaraq optimallaşdırır.
Mayın 15-dən bank milli valyutada olan bütün "Müddətli" əmanətlər üzrə faiz dərəcələrini artırır. Müddətli əmanətləri 6 aydan 2 ilədək qəbul edən "Unibank", müvafiq manat depoziti açan müştərilərinə, faizlərin hesablanmasından asılı olaraq, 12%-dən 17%-ə qədər illik faiz dərəcələrini təklif edir. "Müddətli" depozitin minimal məbləği 1 000 AZN, USD və ya EURO təşkil edir.
"MÜDDƏTLİ" DEPOZİT ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ
DEPOZİTİN MÜDDƏTİ |
FAİZLƏRİN HESABLANMASI |
|||||||||||
Ayda 1 dəfə |
Yarım ildə 1 dəfə |
İldə 1 dəfə |
Depozit müddətinin sonunda |
|||||||||
AZN |
USD |
EURO |
AZN |
USD |
EURO |
AZN |
USD |
EURO |
AZN |
USD |
EURO |
|
6 ay |
12% |
12% |
- |
- |
- |
- |
- |
- |
- |
12,6% |
12,6% |
- |
12 ay |
14% |
14% |
9% |
14,5% |
14,5% |
9,2% |
- |
- |
- |
15% |
15% |
9,4% |
18 ay |
14,5% |
14,5% |
9% |
14,8% |
14,8% |
9,2% |
- |
- |
- |
16% |
16% |
9,6% |
24 ay |
15% |
15% |
9% |
15,5% |
15,5% |
9,2% |
16% |
16% |
9,4% |
17% |
17% |
9,8% |
Əmanətin məbləği 1 000-dən 5 000 AZN, USD və ya EURO-ya qədər olan hər bir müştəri pulsuz "Visa Electron"/"MC Maestro" plastik kartı əldə edir. Əmanətin məbləği 5 000-dən 20 000 AZN, USD və ya EURO-dək təşkil etdikdə bankın müştərisi pulsuz "Visa Сlassik"/"MC Standard" plastik kartını əldə edə bilər. Eyni zamanda, 20 000-dən 50 000 AZN, USD və ya EURO həcmində müddətli əmanət açaraq hər bir müştəri pulsuz "Visa Gold"/"MC Gold" plastik kartını alır, əmanətin məbləği 50 000 AZN, USD və ya EURO-dan artıq olduqda isə, o "Visa Platinum"/"MC Platinum" kartlarını əldə edir. Bundan əlavə, əmanət məbləğinin 90%-i həcmində hər bir əmanətçiyə Unibank-dan güzəştli faiz dərəcəsi ilə kredit xətti açılır.
Bank həmçinin, "Proqressiv" və "Yığım" depozitləri üzrə faiz dərəcələrini optimallaşdırır, burada əmanətlərin minimal məbləği müvafiq olaraq 500 AZN, USD və ya EURO və 200 AZN, USD və ya EURO təşkil edir. Bu zaman bütün "Proqressiv" depozit əmanətçiləri əmanət məbləğinin 90%-i həcmində, güzəştli faiz dərəcəsi ilə kredit xəttinin alıcısı ola bilərlər. Qeyd edək ki, "Yığım" əmanəti müştərilərə sərəncamında olan vəsaitlərin bankda depozit şəklində yerləşdirilməsi ilə bərabər, həmin depozit hesabına əlavə vəsait qoymaq imkanı verir. Depozitin bu növü faizlərin yenidən kapitallaşdırılmasını nəzərdə tutur, çünki onların istər əmanətin məbləğinə görə, istərsə də depozit müqaviləsinin qüvvədə olduğu dövrdə yatırılan vəsait üzrə ödənişi nəzərdə tutulur. "Yığım" depozitinin əsas məbləğinə əlavə vəsaitin hər ay yatırıldığı təqdirdə (minimal məbləğ 50 AZN, USD və ya EURO ilə məhdudlaşdırılır) müştəriyə 2%-lik bonus ödənilir.
"PROQRESSİV" DEPOZİT ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ
DEPOZİTİN MÜDDƏTİ |
AZN |
USD |
EURO |
3 aya qədər |
7% |
7% |
- |
3 aydan 6 aya qədər |
8% |
8% |
5% |
6 aydan 9 aya qədər |
10% |
10% |
6% |
9 aydan 12 aya qədər |
11% |
11% |
7% |
12 ay |
14% |
14% |
9% |
"YIĞIM" DEPOZİTİ ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ
AZN |
USD |
EURO |
12%+2% bonus |
12%+2% bonus |
8%+2% bonus |
"Unibank" ASC 30 iyul 2007-ci ildən Azərbaycan Depozitlərin Sığortalanması Fondunun (ADIF) üzvüdür. 2009-cu ilin yanvar-mart aylarının yekunlarına görə, bankın depozit portfeli, əhalinin 54,049 milyon AZN həcmində əmanətləri daxil olmaqla, 89,353 milyon AZN təşkil edib.
Mayın 12-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.