Azərbaycan, Bakı, 14 may / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq məhsullarının keyfiyyətinin təyin edilməsi məqsədilə monitorinqləri davm etdirir. Bu barədə cümə axşamı nazirlikdən bildirilib.
Məlumatda qeyd edilir ki, Binəqədi rayonu ərazisində keçirilən növbəti monitorinq zamanı 22-ci Dağlıq küçəsində yerləşən və Şahin Ağalarova məxsus topdansatış obyektində 25 çeşiddə 1957 ədəd (peçenye, düyü, karamel, şokolad, limonad və s.), Naxçıvani küçəsində Kazım Tarverdiyevin topdansatış ticarət obyektində isə kolbasa, kilkə, limonad olmaqla 5 adda 1518 ədəd istifadəyə yararsız ərzaq məhsulları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istifadə müddəti ötmüş, insan sağlamlığı üçün təhlükə törədən yararsız malların satışdan çıxarılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]