...

Batumidə gürcü-azəri şəhərciyi tikiləcək – Gürcüstan Prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 15:42 (UTC +04:00)
Batumidə gürcü-azəri şəhərciyi tikiləcək – Gürcüstan Prezidenti

Gürcüstan, Tbilisi, 22 may / Trend , müxbir N.Kirtsxaliya /

"Mən ümid edirəm ki, Batumi Azərbaycan turistləri üçün cəlbedici kurort olacaq", - Gürcüstan Prezidenti Mixail Saakaşvili azərbaycanlı qonaqlarla birlikdə birinci Bakı-Batumi aviareysi ilə Acarıstana səfəri zamanı deyib.

"Buna azərbaycanlı sərmayədarlarla birlikdə Batumidə həyata keçiriləcək layihələr yardımçı olacaq", - Saakaşvili deyib.

Onun sözlərinə görə, iki ölkə arasında artıq Batumidə gürcü-azəri şəhərciyinin tikintisi haqqında razılıq əldə olunub. Azərbaycanlı sərmayədarlar burada mehmanxana tikəcəklər.

"Batumi yalnız gürcülər üçün deyil, həm də bütün qonaqlar üçün sevimli şəhər olacaq. Bunun üçün hər şeyi edirik", - Saakaşvili bildirib.

İyunun 1-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Batumi-Tbilisi-Bakı aviareysinin kommersiya realizəsinə başlayır.

Reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamları Bakı vaxtı ilə 08:30-da həyata keçiriləcək. Uçuşlar Fransa istehsalı olan ATR markalı təyyarələrlə həyata keçiriləcək.

Bir tərəfə biletin qiyməti 219 manat, hər iki sonluq üçün bilet 414 manat olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti