...

Azərbaycan beynəlxalq təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2009 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan Dövlət Dəniz Administrasiyası 25 may-6 iyun tarixlərində Londonda Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyasında iştirak edəcək. Bu barədə Administrasiyanın bazar ertəsi yayılan məlumatında bildirilir.

Azərbaycan Dövlət Dəniz Administrasiyası sessiyada Administrasiya rəbəri Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Sessiyada uzaq məsafələrin müəyyən edilməsi və nəzarəti, yeni gəmilərin tikintisi üçün standartlar və digər aktual məsələlər müzakirə olunacaq.

Həmçinin 2010-cu il üçün Dəniz Təhlükəsizliyi Komitəsinin sədri və onun müavini seçiləcək.

Xəbər lenti

Xəbər lenti