...

Dünya iqtisadi böhranının Azərbaycana təsiri müvəqqəti xarakter daşıyır – Azərbaycan Prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2009 21:00 (UTC +04:00)
Dünya iqtisadi böhranının Azərbaycana təsiri müvəqqəti xarakter daşıyır – Azərbaycan Prezidenti

Azərbaycan, Bakı, 25 may / Trend /

Prezident İlham Əliyev dünya iqtisadi böhranının Azərbaycana təsirinin müvəqqəti xarakter daşıdığını bildirib, Prezident Gəncə şəhərinə səfəri zamanı şəhər sakinləri qarşısındakı çıxışı zamanı deyib. AzTV telekanalı məlumat verib.

"Bütün dünyanı bürümüş iqtisadi böhran Azərbaycana da təsirini göstərir. Ancaq çalışırıq ki, bu təsiri minimum səviyyəyə endirək. Digər tərəfdən, Azərbaycanın mövcud qüdrəti və iqtisadi potensialı bunun müvəqqəti xarakter daşıdığını deməyə əsas verir. Müvəqqəti olaraq böyük müəssisələrin fəaliyyətinin dayanması bizi narahat edir. Əminəm ki, yaxın zamanlarda böyük müəssisələr öz fəaliyyətini bərpa edəcək. Orada işləyən insanlar dövlət tərəfindən təmin olunur, onların maaşları verilir və veriləcək", - Prezident bildirib.

Prezident İlham Əliyev böhranlı aylarda Azərbaycanda aparılan tikinti işlərinin davam etdirilməsini sevindirici hal kimi qiymətləndirib.

Prezident son 5 ildə "Regionların sosial-iqtisadi inkişafı üzrə" Dövlət Proqramının icrasını müsbət hal kimi qiymətləndirib və bildirib ki, növbəti 5 il üçün yeni proqram tərtib olunub.

"Bizim iqtisadiyyatımızın əsas sahəsi energetikadır. Dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Amma, buna baxmayaraq bütün sosial proqramlar icra olunur, infrastruktur layihələr davam etdirilir. Böhranın Azərbaycana müsbət təsiri də olub, istehlak qiymətləri aşağı düşüb. Ancaq büdcə təşkilatlarında çalışanların əmək haqları, pensiyalar vaxtı-vaxtında ödənilir.Onların məbləğləri ildən-ilə artır və artırılacaq. Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edildiyi halda, Azərbaycanda bu sahədə artım var", - Prezident deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti