...

Apreldə Gürcüstanda yaşayış minimumu 114,9 lari təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2009 13:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , N.Kirtsxaliya / 

Cari ilin aprelində Gürcüstanda yaşayış minimumu 114,9 lari təşkil edib ki, bu da mart göstəricisindən 4,4 lari azdır.

Statistika Departamentinin verdiyi məlumta əsasən, apreldə iki nəfərdən ibarət ailənin yaşayış minimumu 183,8 lari, üç nəfərdən ibarət ailənin 206,8 lari, dörd nəfərdən ibarət 229,8 lari, beş nəfərdən ibarət ailədə 258,5 lari, altı və daha çox üzvü olan ailələrdə isə 305,6 lari təşkil edib.

Qeyd etmək vacibdir ki, bütün bu göstəricilər ötən ay göstəricilərindən azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti