...

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri yeni müddətə seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının ümumi toplantısının qərarı ilə Cahangir Hacıyev növbəti üçüncü müddətə yenidən ABB-nin idarə heyətinin sədri seçilib, cümə axşamı yayılmış bankın məlumatında deyilir.

"Banklar" haqqında qanuna müvafiq olaraq, kredit təşkilatlarının idarə heyəti hər 4 ildən bir yenidən seçilməlidir və ölkənin Mərkəzi Bankı tərəfindən təsdiq olunmalıdır. 2006-cı ildə ABB-in nəzarət şurasının qərarı ilə bankın yeni idarə heyətinin tərkibi təsdiq edilib. İdarə heyətində edilmiş dəyişikliklərə uyğun olaraq, ABB idarə heyətinin birinci sədr müavini Emin Mustafayev təyin olunub. ABB sədrinin daha 3 müavini var - Əsgər Məmmədov, Vaqif Əkbərov və Rövşən Kərimov.

ABB 1992-ci ildə Azərbaycan Xarici İqtisadi Bankın varisi qismində yaradılıb. ABB ölkənin bank sektorunda vacib yer tutur, inkişaf etmiş maliyyə şəbəkəsinə malikdir.

ABB dövlət iştirakı olan yeganə bank olaraq qalır. Bankda dövlət payı 50,2 faiz təşkil edir, kapitalın qalan hissəsi isə özəl səhmdarların vəsaiti hesabına formalaşdırılır.

ABB birinci kvartalı 3 308,8 milyon manat aktivlə bitirib ki, bu da 2008-ci ilin analoji dövründən 14,5 faiz artıqdır. ABB-nin ümumi kapitalı 391,2 milyon manat səviyyəsində formalaşdırılıb, bunun 193,8 milyon manatı nizamnamə kapitalının payına düşür.

Aprelin 1-i üçün ABB 37 filiala malikdir (il ərzində bir filial açılıb). Hazırda bank 592 bankomat (14 ədəd artıb) və 2644 POS-terminala malikdir (ötən ilin birinci kvartalında 2397 olub).

İyunun 04-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti