...

Azərbaycanda son beş ayda ilk dəfə olaraq mayda inflyasiya müşahidə olunub – QHT

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda ilk dəfə olaraq ilin əvvəlindən may ayında 0,22 faiz inflyasiya müşahidə olunub. Bakıda inflyasiyanın səviyyəsi 0,2 faiz təşkil edib, ölkənin regionlarında 0,24 faiz, "İqtisadi araşdırmalar mərkəzi" QHT-dən bildiriblər.

İnflyasiyanın böyük səviyyəsi xidmətlər sferasında 0,37 faiz müşahidə olunub, ərzaq məhsullarının qiyməti 0,19 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 0,16 faiz artıb.

Ərzaq məhsulları arasında əsasən nar - 28,17 faiz, toyuq yumurtası - 12,06 faiz, vermişel 3,5 faiz və buğda unu 1,41 faiz bahalaşıb, çiyələk - 38,11 faiz, badımcan - 32,48 faiz, göyərti - 6,67 faiz, pomidor - 5,88 faiz, kartof - 5,84 faiz ucuzlaşıb.

Qeyri-ərzaq məhsulları arasında əsasən tikinti materialı kimi taxta 6,2 faiz bahalaşıb, ucuzlaşıb: qalstuk - 4,23 faiz , uşaq pijaması - 3,61 faiz. Xidmətlər sferasında gəlinlik donunun kirayəsi 7,4 faiz ucuzlaşıb.

Yanvar-mayda Azərbaycanda deflyasiyanın səviyyəsi 3,29 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövründə 2,65 faiz olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti