...

Dünya Bankı Azərbaycan dəmiryolunun yenidən bərpası layihəsi çərçivəsində maraq dairəsində olan sorğuları açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2009 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend /

Dünya Bankı Bakı - Böyük-Kəsik dəhlizi üzrə energetika təhlükəsizliyinin təmin olunması, siqnalizasiya sisteminin yeniləşdirilməsi və lokomotivlərin alınması üçün Azərbaycan dəmiryoluna texniki yardım üzrə maraq dairəsində olan sorğuları elan edib. Maraq dairəsində olan sorğular "Azərbaycan dəmiryol nəqliyyatının və ticarətin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir, bankın məlumatında deyilir.

Layihənin birinci hissəsi: Şərq-Qərb dəhlizində yol təsərrüfatının, Şərq-Qərb magistral yolunun, siqnalizasiya və enerji təchizatının (3,3 KV daimi olmaqla 25 KV dəyişən cərəyana keçmək) yenidən bərpasını, ikinci komponent 50 yeni lokomotivin alınmasını nəzərdə tutur.

Texniki yardım layihəsinin həyata keçirilmə müddəti - 40 aydır. Müraciətlər 12 avqust 2009-cu ilə qədər qəbul olunur.

Dünya Bankı bu layihənin həyata keçirilməsi üçün Azərbaycan hökumətinə 673,8 milyon dollar ayıracaq.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti