Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi insan səhhəti üçün zərərli olan keyfiyyətsiz məhsulların satışı ilə bağlı vəziyyətin öyrənilməsi üçün monitorinqlər keçirir. Dövlət komitəsindən verilən məlumata görə, bunun üçün ticarət obyektlərində məhsullardan nümunələr götürülüb.
"Hazırda yerli və xarici isitehsal olan duz nümunələri üzrə laborator araşdırmalar aparılır. Araşdırmaların yekunları elan ediləcək", - dövlət komitəsindən bildiriblər.
Bununla bərabər, dövlət komitəsi alkoqolsuz içkilər (limonad və qazlı su) istehsalı ilə məşğul olan "Everest" firmasının istehsal ünvanını müəyyənləşdirə bilməyib.
"Bakinka" ticarət nişanı ilə süd məhsulları istehsalçısının ünvanı məlum deyil.
Dövlət komitəsi aşkar edib ki, bu məhsullar gizli ünvanlarda istehsal olunur.
Komitə əhalini məlum olmayan istehsalçının məhsullarını almaqdan imtina etməyə və belə hallarla rastlaşdıqda komitənin "qaynar xətti" ilə - (012) 449 99 59 - əlaqə yaratmağa çağırır.
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərin mühafizəsi sahəsində dövlət siyasətini aparan və formalaşdıran icraedici hakimiyyətin mərkəzi orqanıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]