...

ASB Bank-ın təşkilati strukturunda dəyişiklik gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı ASB Bank-ın təşkilati strukturunda dəyişiklik gözlənilir, bu barədə bankın idarə heyətinin sədr müavini Həsən Bədəlov bildirib.  

"Bu dəyişikliklər bankın bir neçə il müddətində tətbiq ediləcək yeni əməliyyat sisteminə keçməsi ilə əlaqədardır", - Bədəlov bildirib.

Onun sözlərinə əsasən, iyunun əvvələrində bankın nümayəndə heyəti Türkiyə bankı  Garanti Bank-da olub və bankda fəalliyyət göstərən mərkəzi əməliyyat sistemindən razı qalıb. Buna görə də rəhbərlik ASB Bank-da da həmin sistemdən istifadə edilməsi qərarına gəlib.  

"Bu sistemin tətbiq edilməsi bankın müxtəlif departamentlərinin səmərəli fəaliyyətindən asılıdır, bu, həmçinin onların vəzifələrini dəqiq ayırd edir", - deyə Bədəlov bildirib.

ASB Bank 1996-cı ildə Açıq Səhmdar Cəmiyyət kimi təsis edilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti