Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir N.İsmayılova /
Dünya Bankının (DB) proqnozlarına görə, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempinin 3,3 faiz olacağı gözlənilir və ölkə Özbəkistandan (4,5 faiz artım) sonra Avropa və Mərkəzi Asiya ölkələri arasında ikinci yeri tutacaq. Bu barədə bankın "2009-cu ildə dünya iqtisadiyyatı inkişafının maliyyə aspektləri" məruzəsində deyilir.
2010-cu ildə bank Azərbaycanda ÜDM-in 5,2 faiz artacağını proqnozlaşdırır və bu, regionda böyük göstəricidir, 2011-ci ildə isə 9 faiz artım gözlənilir. 2008-ci ildə DB-nin məlumatlarına görə, ÜDM-in artımı 10,8 faiz təşkil edib.
2010-cu ildə DB ÜDM-in qlobal artımının 2 faiz, 2011-ci ildə isə 3,2 faiz azalmasını proqnozlaşdırır. Bununla bərabər inkişaf edən iqtisadiyyatların artımı 1,2 faiz təşkil edəcək. Bu 2007 (8,1 faiz) və 2008-ci ildə (5,9 faiz) qeydiyyata alınmış artım tempinə uyğun gəlmir.
Beynəlxalq Valyuta Fondu tərəfindən proqnozlaşdırılan ölkənin qeyri-neft sektorunda artım 4 faiz, neft sektorunda isə 1 faiz təşkil edəcək. Bu, iqtisadiyyatın orta artımının 2,5 faiz olduğu deməkdir.
Azərbaycan Hökuməti ölkədə 2009-cu ildə ÜDM artımının 18,9 faiz olacağını proqnozlaşdırır. ÜDM istehsalının ümumi həcminin 43,6 milyard manat dəyərində olacağı gözlənilir.
Növbəti 3 ildə ÜDM-in artım tempinin azalması gözlənilir: 2010-cu ildə 6,6 faiz, 2011-ci ildə 4,5 faiz, 2012-ci 2,4 faiz.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]