...

Azərbaycan regionlarında müasir texnologiyalarla təchiz olunan tibb müəssisələrinin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir U.İsmayılova /

Azərbaycanda ən müasir tibbi texnologiyalarla təchiz olunan regional tibb müəssisələrinin sayı artır, bu barədə Səhiyyə Nazirliyinin bazar ertəsi yayılmış məlumatında deyilir.

Ötən həftə Lerik rayonunda iki tibb məntəqəsi istifadəyə verilib (Turan və Buoaband). Hər iki müəssisə iki mərtəbədən və beş kabinetdən ibarətdir. Məntəqələr müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunub. Tibb məntəqələrdə ilk tibbi yardımın göstərilməsi üçün lazımı şərait yaradılıb.  

Ötən həftə Azərbaycanın Lənkəran rayonunda 60 çarpayıdan ibarət perinatal mərkəz istifadəyə verilib. Yeni mərkəz həmçinin ən müasir tibbi avadanlıqlarla təchiz olunub.  

Xəbər lenti

Xəbər lenti