...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 milyard dolları ötür

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yanvar-iyun aylarında 115,3 milyon dollar və ya 2,3 faiz artıb. Bu barədə AMB-nin cümə günü yayılmış məlumatında deyilir.

"Bankın valyuta ehtiyatları rübün sonunda 5077,2 milyon dollar təşkil edib", - məlumatda qeyd olunur.

Yanvarın 1-də AMB-nin valyuta ehtiyatları 6137 milyon dollar təşkil edib. Fevralın 1-də AMB-nin valyuta ehtiyatları 5975,9, martın 1-də isə 5636 milyon dollar təşkil edib.

2009-cu ilin birinci rübünün yekunlarına əsasən, Azərbaycanın strateji valyuta ehtiyyatları (Dövlət Neft Şirkətinin vəsaitləri və hökumət depozitləri nəzərə alınmaqla) 16 milyard təşkil edib, yanvarın 1-də bu göstərici 18,2 milyard dollar təşkil edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti