...

Varşava və Bakı Fond Birjaları əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir İ.Хəlilova /

"2009-cu il 3 iyul tarixində Varşava Fond Birjası İdarə Heyətinin üzvü Lidiya Adamska Bakı Fond Birjasında (BFB) olub", - bazar ertəsi birjadan deyilib.

BFB-da qonağı İdarə Heyəti sədrinin müavini Vahid Novruzov qəbul edib. Görüş zamanı BFB və Varşava Fond Birjası arasındakı münasibətlərin cari vəziyyəti, həmçinin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.

Adamskanın BFB-na səfəri Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, 2007-ci ildə iki birja arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər iki ölkənin fond bazarlarının inkişafı məqsədilə informasiya və iş təcrübəsi mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Varşava Fond Birjası BFB-yə Azərbaycanın ilk birja indekslərinin qurulması və tətbiqində kömək edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti