...

Parabank tərəfindən hazırlanmış əsas valyuta cütlükləri üzrə texniki analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 12:11 (UTC +04:00)
Parabank tərəfindən hazırlanmış əsas valyuta cütlükləri üzrə texniki analiz

Azərbaycan, Bakı, 07 iyul / Trend /

Azəraycan bankı PARABANK tərəfindən hazırlanmış əsas valyuta cütlükləri üzrə texniki analiz və həftəlik proqnoz ( 06 iyul - 10 iyul)

Parabank

Cütlüklər

Texniki analiz

Proqnoz

EUR/USD

Cütlüyün artım tempi bir qədər zəifləmişdir. Həftə ərzində çıxmış makroiqtisadi göstəricilər və fundamental amillərin təsiri altında dollar avropa valyutasına qarşı çox dəyişkən amplitudalı bir dinamika göstərdi. Amerika iqtisadiyyatının pisləşməsi investorlarin daha riskli aktivlərdən qorunmaq üçün ABŞ dollarını seçməsi və eləcə də neftin qiymətinin aşağı düşməsi dolların avroya və eləcə də başqa valyutalara nisbətdə məzənnəsinin aşağı düşməməsinə imkan verir. EUR/USD qrafikinin1.4195 həddini yenidən keçməsi ehtimalı bir qədər şübhə doğurur. Gündəlik qrafiklərdə cütlüyün enmə tendensiyası müşahidə olunur. İlkin olaraq hədəf 1.3810-1.3820 səviyyələrində müəyyənləşdirilb. Daha sonra 1.3690-1.3725 səviyyələrini gözləyirik. Cütlüyün hərəkət dinamikası qarşıdan gələn həftənin fundamental xəbərlərindən çox asılı olacaqdır

1.3820

Daha sonra

1.3690

USD/JPY

Yapon rəsmilərinin ölkənin yürütdüyü pul-kredit siyasəti barəsində qarışıq qərarları öz əksini yenin ABŞ dollarına qarşı məzənnəsində öz əksini tapmışdır. Cütlük müəyyən dəhlizdə hərkət edir ki, bu dəhlizin yuxari həddi 96.95, aşağı həddi isə 94.88 səviyyələrindən keçir. Bu həftə biz cütlüyün məhz elə bu aralıqda hərəkət dinamikasını gözləyirik. Hər hansi bir həddin (səviyyənin) yarıb keçilməsi qiymətin həmin istiqamətdə hərəkət etməsinə gətirib çıxaracaqdır.

GBP/USD

Keçən həftə britaniya funtu ABŞ dollarına qarşı hərəkətini müəyyən qiymət dəhlizində formalaşdırmışdı. Dəhlizin aşağı həddi 1.6204 qiymətindən keçir. Gündəlik indikatorlar (MACD, Moving Avarage) cütlüyün ifrat alınmış olduğunu göstərir və aşağı konsalidasiyani gözləmək olar. Konsalidasiya Fibonaçi cədvəlinə əsasən 1.6020 səviyyəsində dayanır.

1.6020

EUR/JPY

Cütlük ötən həftə 133.57 səviyyəsinədək endi. Bu səviyyə cütlüyün daha da aşağı konsalidasiya olunmasının qarşısını alır. Qiymət qrafiki bu sərhədi yarıb keçərsə, 132.00 səviyyəsinədək enə bilər. Günlük qrafik analizdə indikatorlar (MACD, Stochastic) enmə trendini göstərir. Cütlüyün müqavimət səviyyəsi 136.87-dən keçir ki, bu da avronun Yapon yeninə munasibətdə daha da yuxari qalxmasını saxayır. Biz valyuta cütlüyünün enişini gözləyirik.

132,00

Xəbər lenti

Xəbər lenti