...

BVF artım mövqeyindən öz proqnozlarına yenidən baxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir N.İsmayılova /

"Dünya iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra görünməmiş böhrandan çıxmağa başlayır, ancaq sabitləşmə bərabər yayılmayıb və bərpa prosesinin zəif olacağı gözlənilir", - Beynəlxalq Valyuta Fondunun (BVF) "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" yenilənmiş icmalında deyilir.

2009-2010-cu illər üçün iqtisadi artım aprel icmalında göstəriləndən 0,5 faiz daha çox proqnozlaşdırılır ki, 2010-cu ildə onun həcmi 2,5 faizə çatacaq.

Maliyyə durumu gözlənildiyindən daha çox yaxşılaşıb və son məlumatlar təxmin edir ki, iqtisadi fəallığın azalma səviyyəsi enəcək. Digər tərəfdən bu, regiondan asılı olaraq dəyişəcək. Bu müsbət əlamətlərə baxmayaraq, qlobal azalma bitməyib və bərpa prosesi hamının gözlədiyi kimi zəif olacaq. Çünki maliyyə sistemləri zəifləmiş olaraq qalır, dövlət dəstəyi tədricən azalacaq və aktivlərin qiymətlərinə depressiyalardan zərər çəkən ölkələrdəki ev təsərrüfatları əmanətlərini bərpa edəcəklər. Siyasətin əsas prioriteti maliyyə sektorunun "səhhətinin" bərpası olaraq qalır. Makroiqtisadi siyasət iltifatlı olaraq qalmalı, ictimai müdaxilənin ekstraodrinar səviyyəsinin səliqəli dövriyyəsinə əsas hazırlamalıdır.

Müvafiq olaraq, 2009-cu ildə dünya fəallığının 1,4 faiz azalması və 2010-cu ildə onun 2,5 faizlik artımı proqnozlaşdırılır ki, bu da 2009-cu ilin aprel icmalındakı rəqəmdən 0,6 faiz çoxdur. 2010-cu ildə daha yüksək orta illik inkişaf templəri əsasən 2009-cu ilin ikinci yarısında artım tempinin yüksəlməsini əks etdirir. Ötən ilin analoji dövrü ilə müqayisədə 2010-cu ilin IV rübündə ÜDM-in real şəkildə 2,9 faiz həcmində artımı gözlənilir. Aprel icmalında bu rəqəm 2,6 faiz olub.

Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üçün iqtisadi artım proqnozlara 2009-cu ildə 1,3 və 0,7 faiz azalmaya, 2010-cu ildə isə müvafiq olaraq 0,2 və 0,8 faiz artıma tərəf düzəliş verilib. Dəyişikliklər müxtəlif ölkələrdə xeyli fərqlidir, ancaq çoxlarına kapital axını istiqamətinin dəyişilməsi və birja məhsulları ixracının kəskin azalması ilə müşayiət olunan dünya maliyyə böhranı ciddi təsir edib. Ancaq bir müddət əvvəl birja məhsullarında baş verən qiymət artımı proqnozlara görə MDB-nin aparıcı iqtisadiyyatlarında tələbatı artıracaq.

Hesabatda deyilir ki, formalaşmaqda olan bazar və inkişaf etməkdə olan bazarlarda, proqnozlara əsasən, iqtisadi artım 2009-cu ilin ikinci yarısında yenidən temp yığacaq, ancaq bunlar regional fərqlərlə müşayiət ediləcək. Kiçik gəlirli ölkələr qarşısında öz vacib məsələləri durur. Çünki rəsmi yardım azalıb və onların iqtisadiyyatı birja məhsullarının qiymətlərinin kəskin enib-qalxmalarına qarşı xüsusilə zəifdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti