...

Azərbaycanda ümumi çəkisi 300 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

" Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ölkə ərazisində istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 300 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib", - nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Onların içərisində kolbasa və qənnadı məmulatları, kərə yağları, ketçuplar, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. var.

Qanun pozuntuları Bakının Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.

Ümumilikdə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 32 hüquqi şəxsə 124,5 min manat, 157 fiziki şəxsə 240,5 min manat cərimə tətbiq olunub.

İyulun 10-na olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti